"Beşiktaş" "Ayaks"ın futbolçusu üçün təklif göndərdi

Əziz Əzizli
"Beşiktaş" "Ayaks"ın futbolçusu üçün təklif göndərdi

Super Liqa təmsilçisi "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

"Operativ Media" xəbər verir ki, "ağ-qaralar" Hollandiyanın "Ayaks" klubunda çıxış edən Dusan Tadiçə rəsmi təklif göndərib.

"Beşiktaş" Hollandiya təmsilçisi ilə müqaviləsi başa çatan 34 yaşlı serbiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, Tadiç 2018-ci ildə "Sauthempton" klubundan 13 milyon avro qarşılığında "Ayaks"a transfer olmuşdu.

Digər xəbərlər