İspaniyanın "Real" klubunun "Fənərbağça"dan transfer etdiyi Arda Gülər ilk məşqə çıxıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Madrid klubunun sosial şəbəkə hesablarında paylaşım edilib.
"Real" 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik sözləşmə imzalayıb. Arda "Real"da 24 nömrəli formanı geyinəcək. "Kral klubu" "Fənərbağça"ya bonuslarla birlikdə 30 milyon avro ödəyib.






