"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln" səddini keçsə, növbəti raundda "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
"Operativ Media" xəbər verir ki, Polşa təmsilçisinin futbolçusu Fabian Piaçeski II təsnifatda Azərbaycan təmsilçisi ilə qarşılaşmaq ehtimallarından danışıb. O, yerli mətbuata müsahibəsində "Qarabağ"la düşəcəkləri halda, mərhələ adlaya biləcəklərini söyləyib:
"Azərbaycanlıların Polşa klublarını sıradan çıxardıqlarını deyirlər, amma mənə elə gəlir ki, onlara qalib gəlmək olar. Ötən il "Lex"i məğlub etdilər, amma biz onlardan fərqliyik. Məşqçimiz dəyişib, amma fəlsəfəmiz eyni qalır. Məşqçi Svarqa bizi yaxşı tanıyır və nə gözlədiyini bilir. Bu, bizim üstünlüyümüzdür. Əvvəlcə "Flora"ya diqqət etməliyik".
"Qarabağ" bu gün səfərdə "Linkoln"la qarşılaşacaq. Matç saat 19:30-da başlayacaq. "Rakuv" isə Polşada "Flora"nın müqavimətini qırmağa çalışacaq. Görüş saat 22:00-da start götürəcək.






