Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə "Operativ Media"ya FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
*** 22:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə "Operativ Media"ya FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.






