Çempionlar Liqası: "Qarabağ" "Rakuv"a məğlub oldu

Əziz Əzizli
Çempionlar Liqası: "Qarabağ" "Rakuv"a məğlub oldu

Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə "Rakuv"la qarşılaşıb. Görüş polşalıların qələbəsiylə başa çatıb - 3:2.

Komandalar arasındakı cavab görüşü avqustun 2-də Bakıda olacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

"Rakuv" (Polşa) - "Qarabağ" - 3:2

Qollar: E.Cəfərquliyev, (56-avtoqol), F.Piaseki, 71, S.Kittel, 90+1 - R.Cica, 73, 75

Baş hakim: Lukas Fendrix (İsveçrə)

Digər xəbərlər