Konfrans Liqası: "Sabah"dan tarixi qələbə

Əziz Əzizli
Konfrans Liqası: "Sabah"dan tarixi qələbə

"Sabah" bu gün Konfrans Liqasında mübarizəyə başlayıb.

"Operativ Media" xəbər verir ki, "futuristlər" II təsnifat mərhələsinin ilk oyununda RFŞ ilə qarşılaşıb Görüş "Sabah"ın inamlı qələbəsiylə başa çatıb - 2:0. 

"Futuristlər" eyni zamanda rəqibin 8 aylıq məğlubiyyətsizlik seriyasına da son qoyub. RFŞ sonuncu dəfə ötən ilin noyabrında "Fiorentina"ya uduzmuşdu - 0:3.

RFŞ ilə matç "Sabah"ın tarixində ilk avrokubok oyunu olub.

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

RFŞ (Latviya) - "Sabah" - 0:2

Qollar: Boyan Letiç, 22, David Volkov, 56

Baş hakim: Yan Maxalek (Çexiya)

Digər xəbərlər