Yeni mövsüm hazırlıqlarını davam etdirən "Beşiktaş" klubu yeni hücumçu transfer etmək istəyir.
"Operativ Media" NTV-ə istinadən xəbər verir ki, "Beşiktaş" Ante Rebiçlə razılığa gəlib. “Milan”la danışıqları davam etdirən “ağ-qaralar” xorvatiyalı futbolçunu icarəyə götürmək təklifi ilə çıxış edib.
Beşiktaş icarə təklifi qəbul edilmədiyi təqdirdə futbolçunu transfer edərək 3 illik müqavilə imzalamağı planlaşdırır.






