"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Rakuv"u keçsə, növbəti rəqibi "Aris" (Kipr) olacaq.
"Operativ Media" xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Aleksey Şpilevski II təsnifat mərhələsində BATE-yə (Belarus) qalib gəldikləri (5:3) oyundan sonra növbəti rəqiblərinin kimliyi haqda fikirlərini bölüşüb:
"Həm "Rakuv", həm də "Qarabağ" çətin komandadır. Sizə gözləmədiyiniz bir şey söyləyəcəm. "Rakuv"dan təklif almışdım, amma "Aris"də qalmaq istədim".
"Qarabağ" ilk oyunda "Rakuv"a uduzub - 2:3. Komandalar arasındakı cavab görüşü bu gün saat 20:00-da başlayacaq.






