İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Operativ Media xəbər verir ki, bununla bağlı Prezident Sərəncam imzalayıb.
Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.
Saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.






