"Qarabağ"ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi

Əziz Əzizli
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, bu, Finlandiyanın HİK klubudur. Komanda ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda "Molde"yə (Norveç) 1:0 hesabı ilə qalib gəlsə də, cavab matçında 0:2 hesabı ilə uduzaraq Ağdam təmsilçisinə rəqib olub. "Qarabağ" Avroliqada 3-cü təsnifat mərhələsində ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 10-u, cavab matçları avqustun 17-i keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində "Rakov"a uduzaraq (2:3, 1:1) turnirlə vidalaşıb.

2 avqust

"Molde" (Norveç) - HİK (Finlandiya) - 2:0

Qollar Eriksen, 74, Brunhildsen, 89

İlk oyun - 0:1

Digər xəbərlər