"İnter Mayami" klubu Liqalar Kubokunun 1/16 final mərhələsində "Orlanda Siti" ilə qarşılaşır.
"Operativ Media" xəbər verir ki, davam edən matçın ilk hissəsində argentinalı ulduz futbolçu Lionel Messi yeni klubunda daha bir dəfə fərqlənib.
Qeyd edək ki, Lionel Messi "İnter Mayami" ilə çıxdığı 3 matçda 4 qol vurub və 1 assist etməyi bacarıb.






