Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünə start veriləcək.
"Operativ Media" xəbər verir ki, turun ilk oyununda "Araz-Naxçıvan" Bakıda "Turan Tovuz" klubunu qəbul edəcək.
"Dalğa Arena"da baş tutacaq matç saat 20:00-da start götürəcək. Oyunu baş hakim İnqilab Məmmədov və onun briqadası idarə edəcək.






