Şenol Günəş: "Neftçi"yə qarşı daha yaxşı hazırlaşmalıyıq"

Əziz Əzizli
Şenol Günəş: "Neftçi"yə qarşı daha yaxşı hazırlaşmalıyıq"

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsi oyunu barədə danışıb.

"Operativ Media" xəbər verir ki, O "Neftçi"yə qarşı daha yaxşı hazırlaşmalı olduqlarını bildirib.

"Mövsümün əvvəli olduğu üçün oyunçular ideal formadan uzaqdırlar. Ancaq getdikcə daha yaxşı vəziyyətdə oluruq. Zədəli futbolçularımız da sıraya döndükdən sonra komandamız indikindən güclü olacaq. Növbəti mərhələdə “Neftçi” ilə keçiriləcək görüşə bundan da yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da İstanbulda, cavab görüşü isə 17-də Bakıda keçiriləcək.

Digər xəbərlər