Pep Qvardiola: "Mançester Siti"də olmaq istəməyən oyunçuları istəmirəm"

Əziz Əzizli
Pep Qvardiola: "Mançester Siti"də olmaq istəməyən oyunçuları istəmirəm"

"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola "Barselona"nın Bernardo Silva ilə maraqlanması haqqında danışıb .

"Operativ Media" xəbər verir ki, ispaniyalı baş məşqçi "Mançester Siti"də qalmaq istəyən oyunçularla isləmək istədiyini bildirib.

"Burada olmaq istəməyən oyunçuları istəmirəm. Burada qalmaq istəyən oyunçularla işləmək istəyirəm. Bizə uyğun təklif lazımdır. Bernardo Silvanı almaq istəyirlərsə, Onlar təyyarə ilə bura gəlib bizim idman direktorumuzla danışmalıdırlar".

Qeyd edək ki, "Barselona" ispaniyalı yarımmüdafiəçi Bernardo Silvanı heyətinə qatmaq istəyir.

Digər xəbərlər