Transfer çalışmalarını davam etdirən "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, Amsterdam təmsilçi "Mançester Siti"nin U-21 komandasının portuqaliyalı futbolçusu Karlos Borgesi transfer edib. "Ayaks" 19 yaşlı futbolçu üçün qarşı tərəfə bonuslarla birlikdə 19 milyon avro ödəyib.
Qeyd edək ki, Karlos Borges keçən mövsüm 33 oyunda 29 qol vurub, 18 assist etməyi bacarıb.






