"Kəpəz"dən ayrıldı, Türkiyə klubuna transfer oldu

Əziz Əzizli
"Kəpəz"dən ayrıldı, Türkiyə klubuna transfer oldu

"Kəpəz”dən ayrılan Bəxtiyar Həsənalızadə Türkiyənin "Tuzlaspor" klubun transfer olunub.

"Operativ Media" xəbər verir ki, O, yeni klubu ilə 2 illik müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, "Tuzlaspor" Türkiyə 1-ci liqasında mübarizə aparır.

Xatırladaq ki, B.Həsənalızadə iyulun 25-i "Kəpəz"ə keçmişdi.Onunla klub arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya dünən qarşılıqlı razılıq əsasında xitam verilmişdi.

Digər xəbərlər