"Beşiktaş" Konfrans Liqasının III təsnifat mərhələsinin "Neftçi" ilə oyunları üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisində yeni transfer Ante Rebiç siyahıda yer alıb. Zədədən yeni sağalan Cenk Tosun və Raşid Gezzal da oyunlar üçün sifariş olunub.
"Beşiktaş" "Neftçi" ilə ilk oyunu avqustun 10-da Bakıda keçirəcək. Cavab görüşü bir həftə sonra İstanbulda olacaq.






