Azərbaycan PL: "Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq

Əziz Əzizli
Azərbaycan PL: "Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq

Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulacaq.

"Operativ Media" xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

"Kəpəz" Gəncə şəhər stadionunda "Neftçi"ni qəbul edəcək. "Sabah" isə azarkeşləri önündə "Qəbələ"ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası

I tur

6 avqust

17:00 Kəpəz - Neftçi

Baş hakim: Turan Qurbanov

20:00 Sabah - Qəbələ

Baş hakim: Cavid Cəlilov

Digər xəbərlər