Corcio Kyellini qızları üçün Messidən xahiş etdi - VİDEO

Əziz Əzizli
Corcio Kyellini qızları üçün Messidən xahiş etdi - VİDEO

Amerika Major Liqasında Lionel Messinin də çıxış etdiyi "İnter Mayami" klubu növbəti oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, rəqib İtaliya millisinin sabiq üzvü Corcio Kyellininin də çıxış etdiyi "Los Anceles" klubu olub. Matç "İnter Mayami" klubunun 1-3 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra italyan futbolçu Corcio Kyellini Lionel Messidən qızları ilə foto çəkdirməsini xahiş edib. Messi bu xahişi yerə salmayaraq foto çəkdirib.

Qeyd edək ki, Lionel Messi bu matçda  2 assistlə yadda qalıb.

Digər xəbərlər