Türkiyə - Ermənistan matçını italiyalı hakimlər briqadası idarə edəcək.
"Operativ Media" xəbər verir ki, matçın baş hakimi Daniele Orsato təyin olunub. Köməkçi hakimlər Çiro Karbono və Alessandro Gialatini, dördüncü hakim Antonio Rapuanodur.
VAR hakimi Paolo Vareri, VAR-ın köməkçi hakimi Aleandro Di Paolo təyin edilib.
Xatırladaq ki, Türkiyə - Ermənistan oyunu sentyabrın 8-də Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. Bu barədə FİFA məlumat yayıb.






