Göyçayda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər məsuliyyətə cəlb edilib - FOTO

admin
Göyçayda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər məsuliyyətə cəlb edilib - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən 3 mağazada gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.

Onlardan müxtəlif növ partlayıcı maddələr və pirotexniki vasitələr aşkar edilərək götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Şəkil Qalereyası

Göyçayda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər məsuliyyətə cəlb edilib - FOTO - Şəkil 1
Göyçayda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər məsuliyyətə cəlb edilib - FOTO - Şəkil 2

Digər xəbərlər