“Azərenerji”nin əməkdaşları Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləyib

admin
“Azərenerji”nin əməkdaşları Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləyib

“Azərenerji”nin əməkdaşları Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləyib.

Bu barədə "Operativ Media"ya “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar olaraq yüksəkgərginlikli Füzuli-Şuşa hava xətti buz bağlayıb: "Qurumun əməkdaşları xüsusi geyim və avadanlıqlardan istifadə edərək buzun təmizlənməsi işini həyata keçirib".

Qeyd edək ki, 110 kVt-luq Füzuli-Şuşa xətti öz başlanğıcını “Şükürbəyli” stansiyasından götürür. Ümumi uzunluğu 75 olan hava xətti Şuşa şəhərinin işıqlandırılmasında xüsusi rol oynayır.

Digər xəbərlər