ABŞ yaxın günlərdə Suriya və İraqdakı İran hədəflərinə zərbələr endirəcək - KİV

Nərmin Qocamanlı
ABŞ yaxın günlərdə Suriya və İraqdakı İran hədəflərinə zərbələr endirəcək - KİV

"Amerika Birləşmiş Ştatları bu həftə sonu Suriya və İraqdakı İran hədəflərinə zərbələr endirməyə başlaya bilər".

"Operativ Media" xəbər verir ki, bu barədə “Wall Street Journal” adı açıqlanmayan Amerika rəsmilərinə istinadən yazır.

Məlumata görə, Birləşmiş Ştatların Yaxın Şərqdə Amerika hərbçilərinə qarşı hücumlarına cavab olaraq bu həftə sonu İranın İraq və Suriyadakı qurğularına və hərbi qüvvələrinə cavab zərbələri endirməsi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl CBS telekanalı Amerika hökumətindəki mənbələrə istinadən məlumat vermişdi ki, Birləşmiş Ştatlar zərbələr endirmək planlarını təsdiqləyib. 

Nərmin Qocamanlı

Digər xəbərlər