Almaniyanın iqtisadiyyat naziri Kiyevə gəlib

Şəfa Hüseynli
 Almaniyanın iqtisadiyyat naziri  Kiyevə gəlib

Almaniyanın İqtisadiyyat naziri Katerina Rayxe Ukraynaya gəlib.

Operativ Media xəbər verir ki, bu barədə "DPA" xəbər agentliyi məlumat yayıb.

Kiyevdə Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri qışdan əvvəl Ukraynanın dağılmış energetika infrastrukturunun bərpası üçün maliyyə artırılmasını qeyd edib.

Bundan başqa, Almaniya təbii qazın alınması üçün əlavə vəsait ayıracaq.

Rayxe münaqişə nəticəsində qaz infrastrukturunun təxminən 55-60%-nin zədələndiyini iddia edib. Səfər zamanı alman pilotsuz təyyarə istehsalçılarının Ukrayna hərbi sənayesinin nümayəndələri ilə də əməkdaşlıq müqavilələri bağlayacağı gözlənilir.

Digər xəbərlər