“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç hələ də Yunanıstanın “Panatinaikos” klubunun maraq dairəsində qalır.
Operativ Media Azerisport.com-a istinadən xəbər verir ki, Afina təmsilçisi 30 yaşlı monteneqrolu futbolçunu transfer etməkdə çox maraqlıdırlar və onu artıq bir ildir izləyirlər. Hələlik onların nə vaxt konkret addım atacağı barədə məlumat yoxdur, lakin məlumdur ki, skautlar “Qarabağ”ın Çempionlar Liqasında İspaniyanın “Atletik” klubuna qarşı Bilbaoda keçirdiyi oyunda (1:3) iştirak ediblər.
Qeyd edək ki, bu ilin yazında yarımmüdafiəçi “Panatinaikos”un təklifini qəbul etməmişdi, lakin yunanlar bu transferdən asanlıqla imtina etmək niyyətində deyillər.
Xatırladaq ki, Yankoviçin Ağdam klubuyla müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.






