Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüş keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "X"də bildirib.
Görüşdə qlobal iqtisadiyyatda son durum, ölkə daxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimat keçirilib.
Həmçinin, ötən il üzrə sığorta sektorunun yekunları, qarşıda duran strateji prioritetlər, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlər və digər aktual mövzular ətrafında müzakirələr aparılıb.






