PKK Türkiyədən çəkildiyini elan edib

Operativ Media
PKK Türkiyədən çəkildiyini elan edib

Terror təşkilatı PKK Türkiyə ərazisindəki bütün fəaliyyətlərini tamamilə dayandırdığını bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Şimali İraqda verilən açıqlamada bildirilib ki, Yaxın Şərqdəki münaqişələr həm Türkiyənin, həm də kürdlərin gələcəyini ciddi şəkildə təhdid edir.

Bu səbəbdən, ötən il Prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və Abdullah Öcalanın çağırışları ilə başlanan “Sülh və Demokratik Cəmiyyət” prosesi yeni mərhələyə keçib.

Açıqlamada son 8 ay ərzində bu istiqamətdə mühüm addımların atıldığı və “PKK-nın Türkiyə daxilindəki bütün qüvvələrinin geri çəkilməsinə” başlandığı vurğulanıb.

Bildirilib ki, bu qərar Abdullah Öcalanın razılığı ilə həyata keçirilir. PKK-nın bəzi silahlı qruplarının artıq İraqın şimalına çatdığı, sərhəd bölgələrində isə mümkün toqquşmaların qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd olunub.

Məlumata görə, prosesin ən simvolik addımı 11 iyulda İraq Kürd Muxtar Vilayətinin Süleymaniyyə şəhərində atılıb.

Burada keçirilən mərasimdə PKK üzvləri silahlarını təhvil verərək yandırıblar. Silahlarını təhvil verənlər arasında təşkilatın rəhbər şəxslərindən biri (Bese Hozat) da olub.

Digər xəbərlər