Ötən ay DGK xətti ilə büdcə daxilolmaları 473,728 milyon manat təşkil edib

Nərmin Qocamanlı
Ötən ay DGK xətti ilə büdcə daxilolmaları 473,728 milyon manat təşkil edib

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 473,728 milyon manat təşkil edib.

"Operativ Media" DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 12,3 % artaraq 136,952 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 13,9 % azalaraq 314,878 milyon manat, aksizlər üzrə daxilolmalar 24,7 % artaraq 18,507 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 23,7 % azalaraq 3,392 milyon manat olub.

Digər xəbərlər