Nazir: Sənaye zonalarının rezidentləri tərəfindən indiyədək 12,1 milyard manatlıq məhsul istehsal edilib

Nərmin Qocamanlı
Nazir: Sənaye zonalarının rezidentləri tərəfindən indiyədək 12,1 milyard manatlıq məhsul istehsal edilib

Ölkəmizin sənaye zonalarının rezidentləri tərəfindən indiyədək 12,1 milyard manatlıq məhsul istehsal edilib və bunun 32,2%-i ixraca yönəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"2023-cü ildə sənaye zonalarının rezidentləri tərəfindən məhsul satışı 2022-ci illə müqayisədə 12,5% artaraq 3,3 mlrd. manata çatıb və bunun 989 mln. manatı ixracın payına düşüb. Bu dövr ərzində sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,6%, ixracında isə 23,6% təşkil edib", - nazir qeyd edib.

Digər xəbərlər