Mingəçevir məktəbində narkomaniyanın fəsadları barədə tədbir keçirilib

Nərmin Qocamanlı
Mingəçevir məktəbində narkomaniyanın fəsadları barədə tədbir keçirilib

Cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadları barədə yeniyetmələri məlumatlandırmaq məqsədilə Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə növbəti maaririfləndirmə tədbiri keçirilib. 

Bu barədə "Operativ Media"ya Dİn-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin zərərlərindən, bu bəlaya düçar olan şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və sağlam gəncliyin formalaşmasında ən mühüm amillərdən birinin də narkomaniya ilə mübarizə olduğunu diqqətə çatdırıb. 
Daha sonra çıxış edənlər də məktəblilərə zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr veriblər.

Şəkil Qalereyası

Mingəçevir məktəbində narkomaniyanın fəsadları barədə tədbir keçirilib - Şəkil 1
Mingəçevir məktəbində narkomaniyanın fəsadları barədə tədbir keçirilib - Şəkil 2

Digər xəbərlər