Bakıda bərbərxanada törədilən qətllə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakıda bərbərxanada törədilən qətllə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Prokurorluq bu gün Bakıda bərbərxanada baş verən qətl barədə məlumat yayıb.

Nəsimi rayon prokurorluğundan "Operativ Media"ya verilən xəbərə görə, dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmət Qədirov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.

 

***

13:56

Bu gün saat 13 radələrində Nəsimi rayonunda bıçaqlama hadisəsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xdimətindən "Operativ Media"ya bildirilib ki, rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü Ilkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsərətləri yetirməklə onu qətlə yetirib. 

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.

Digər xəbərlər