Dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan "Operativ Media"ya verilən xəbərə görə,Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda iş üzrə istintaq davam edir.
***
14:27
Bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.