Dekabrın 17-də saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovu bıçaqla öldürməkdə şübhə bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunan Azər Dadaşov istintaqa təhvil verilib.
***
10:33
Xəbər verildiyi kimi, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sumqayıt şəhər prokurorluğundan "Operativ Media"ya verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Azər Dadaşov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.