Aralıq dənizində, Kipr adası yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 05.11-də Kipr adasının cənub-qərb sahillərində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Dəniz səthinin təxminən 27,12 kilometr dərinliyində olan zəlzələnin episentrinin Mersin və Antalyadan təxminən 140 kilometr uzaqlıqda olduğu müəyyən edilib.






