İranda həyatını itirən etirazçıların sayı 476-ya yüksəlib

Nərmin Qocamanlı
İranda həyatını itirən etirazçıların sayı 476-ya yüksəlib

Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) İranda nümayişlərdə həyatını itirənlərin sayının 476-ya yüksəldiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, İHR-nin internet saytında dərc edilən hesabatda həyatını itirən nümayişçilərdən 34-nün qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.

Ölkənin 31 əyalətindən 25-i ilə bağlı məlumatların yer aldığı hesabata görə, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib.

Hesabatda Sistan-Bəlucistanda 130, Kürdüstanda 53, Qərbi Azərbaycanda 55, Tehranda 52, Mazandaranda 38, Gilanda 26, Kirmanşahda 25, Elborzda 23, İsfahanda 14, Farsda 11, Xuzistanda 11 , Rəzəvi Xorasanda 7, Şərqi Azərbaycanda 4, Loristan, Zəncan, Mərkəzi, Qəzvin və Həmədanda hər birində üç, Kohgiluye-Alıcı Əhməd, Ərdəbil, İlam, Buşehr və Hörmüzqanda hər birində iki nəfər, Simnan və Gülüstan hər birində bir nəfər həyatını itirdiyi bildirilib.

 

Digər xəbərlər