Ağdaş, Zaqatala və Qaxda 8 ton çətənə kolu məhv edilib

Redaksiya
Ağdaş, Zaqatala və Qaxda  8 ton çətənə kolu məhv edilib

Polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağdaş və Zaqatala rayonlarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 5 ton olan 11 870  ədəd çətənə kolu yandırılaraq məhv edilib.

"Operativ Media" xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayonun Zəyəm kəndində yabanı halda bitən, çəkisi 3 tona yaxın olan 6558 ədəd narkotik tərkibli bitki yandırılaraq məhv edilib.

Digər xəbərlər