Hindistanın "Marion Biotech" dərman şirkəti Özbəkistanda öskürək siropunu qəbul edən 18 uşağın ölümündən sonra səlahiyyətlilərin tələbi ilə istehsalını dayandırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Qeyd edək ki, bu son vaxtlar Hindistan dərmanları ilə bağlı ikinci belə hadisədir.
Oktyabr ayında Qambiya hökuməti kəskin böyrək çatışmazlığından 70 uşağın öldüyünü açıqlamışdı. Ölkə hakimiyyəti bu ölümləri uşaqların tərkibində zəhərli birləşmələr olan hind öskürək siropu qəbul etməsi ilə əlaqələndirib.






