Energetika naziri İtaliyada COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına həsr olunmuş sessiyada iştirak edib

Nərmin Qocamanlı
Energetika naziri İtaliyada COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına həsr olunmuş sessiyada iştirak edib

"İtaliyada Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına həsr olunmuş sessiyada Yaşıl Enerji gündəliyimiz COP məqsədləri kontekstində maraqla qarşılandı".

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

"COP29-un Fəaliyyət Gündəliyinə istiqamət verən və COP-un mirası olmağa iddialı “yaşıl enerji zonaları və dəhlizləri” kimi örnək təşəbbüslərdən danışdıq. Həmçinin elektrik şəbəkələrinin gücləndirilməsini, enerji saxlanma imkanlarının genişlənləndirilməsini, hidrogen istehsalının artırılmasını, müvafiq istiqamətlər, eləcə də HVDC infrastrukturu, Enerji Səmərəliliyi üzrə investisiyaların bir neçə dəfə artırılmasını təşviq etməklə COP29-un təhlükəsiz və ədalətli enerji keçidini sürətləndirəcək platforma olacağına dair fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Şəkil Qalereyası

Energetika naziri İtaliyada COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına həsr olunmuş sessiyada iştirak edib - Şəkil 1
Energetika naziri İtaliyada COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına həsr olunmuş sessiyada iştirak edib - Şəkil 2

Digər xəbərlər