Energetika naziri Pərviz Şahbazov İtaliyada Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Energetika naziri "X" hesabında paylaşım edib.
Məlumata görə, görüşdə ikitərəfli enerji əməkdaşlıq, həmçinin enerji keçidi üzrə qlobal proseslər və COP29-un enerji gündəliyində olan prioritet məsələlərlə bağlı müzakirələr aparılıb.