Aİ Ukrayna yumurtalarına idxal rüsumlarını bərpa edib

Nərmin Qocamanlı
Aİ Ukrayna yumurtalarına idxal rüsumlarını bərpa edib

Avropa Ukraynanın bir sıra kənd təsərrüfatı məhsullarına, eləcə də yumurtaya idxal rüsumlarını geri qaytarıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat dərc olunub.

Bildirilib ki, tədbirin yenidən tətbiqinə səbəb idxal limitlərinin aşılması olub.

Qeyd edək ki, Ukraynadan Avropaya idxal olunan şəkər və toyuq yumurtasının tarifləri  2024-cü ilin sonuna qədər yenilənib. Xatırladaq ki, daha öncə Avropa Komissiyası Ukraynadan idxal olunan yulafın rüsumlarını da bərpa edib.

 

Digər xəbərlər