Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB - 2 - VİDEO

admin
Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB - 2 - VİDEO

Xəbər verildiyi kimi, Xətai rayonu, General Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, ilkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

18:04

Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasındakı yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

17:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər