Yeni Günəşlidə oğurluq edən 5 yeniyetmə saxlanılıb

Nərmin Qocamanlı
Yeni Günəşlidə oğurluq edən 5 yeniyetmə saxlanılıb

Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində “BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Digər xəbərlər