Mikayıl Cabbarov Özbəkistana səfər edib

Nərmin Qocamanlı
Mikayıl Cabbarov Özbəkistana səfər edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Özbəkistana səfər edib.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında bildirib.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan - Özbəkistan Hökumətlərarası Komissiyanın 13-cü iclası,  Azərbaycan - Özbəkistan Investisiya Şirkətinin Müşahidə Şurasının İclası keçiriləcək. 

Bundan başqa, Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşü olacaq.

Digər xəbərlər