Bu ilin I yarısında elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15 %-ə yüksəlib

Nərmin Qocamanlı
Bu ilin I yarısında elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15 %-ə yüksəlib

Bu ilin I yarısında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 13 557,4 milyon kilovat-saat, ixracı 444 milyon kilovat-saat, idxalı 96,4 milyon kilovat-saat olub.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

Məlumata görə, birinci yarımildə İES-lər üzrə 11 525 milyon kilovat-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 950,7 milyon kilovat-saat artımla 2 032,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15 %-ə yüksəlib.

Resim

Resim

Digər xəbərlər