Bosniya və Herseqovinanın şimalındakı Banya Lukada İkinci Dünya Müharibəsinə aid olduğu təxmin edilən 50 kiloqramlıq təyyarə bombası tapılıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Mülki Müdafiə Departamentinin yaydığı məlumata görə, İkinci Dünya Müharibəsindən qalma olduğu təxmin edilən bomba təhlükəsiz şəkildə məhv edilib.






