Sərhəddə qalan Ermənistan avtomobilləri Gürcüstandan Rusiyaya keçə bilib

Nərmin Qocamanlı
Sərhəddə qalan Ermənistan avtomobilləri Gürcüstandan Rusiyaya keçə bilib

Bir neçə gün Gürcüstan-Rusiya sərhədində qalan Ermənistan avtomobilləri Rusiyaya keçə bilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyindən məlumat verilib.

"İqtisadiyyat Nazirliyi həm rusiyalı, həm də gürcü həmkarları ilə birlikdə yaranan problemlərin monitorinqini aparır, həmçinin gömrük-keçid məntəqəsinin özünün keçid qabiliyyətinin artırılması məsələsini həll edir", - deyə nazirlik əlavə edib.

Digər xəbərlər