Abşeronda altımərtəbəli yaşayış binasında yanğın baş verib - YENİLƏNİB

Nərmin Qocamanlı
Abşeronda altımərtəbəli yaşayış binasında yanğın baş verib - YENİLƏNİB

Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən tam söndürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

11:10

Abşeronda altımərtəbəli yaşayış binası yanır.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər