"İmişli"nin futbolçusu əməliyyat olunacaq

Əziz Əzizli
"İmişli"nin futbolçusu əməliyyat olunacaq

"Kəpəz"lə oyunda zədələnərək xəstəxanaya aparılan "İmişli"nin futbolçusu Vüsal Qənbərov əməliyyat olunacaq.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz”lə oyunda zədələnən futbolçumuz Vüsal Qənbərovun aşağı ətraf sümüklərində sınıq aşkarlanıb. Hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və immobilizasiya tədbirləri həyata keçirilib.

Hazırda Vüsalın vəziyyəti stabil qiymətləndirilir. Əməliyyatı oktyabrın 27-də planlaşdırılır. 

“İmişli” PFK olaraq futbolçumuzun tam sağalması və tezliklə yaşıl meydanlara qayıtması üçün bütün zəruri addımlar atılır", - deyə məlumatda qeyd edilib.

Digər xəbərlər