Binəqədidə 3000 manat dəyərində məişət əşyaları oğurlanıb
Şəfa Hüseynli
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakini olan bir nəfərə məxsus pul qabından 1100 manat maddi vəsaiti oğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina da saxlanılıb.
Araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net