Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.
Operativ Media-nın "Demokrat. az" saytına istinadən verdiyi məlumata görə, hazırki sədr Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında mübahisə düşüb və əlbəyaxa dava həddinə çatıb.
E.Ağamalı bildirib ki, mübahisəyə səbəb Fəzail Ağamalının partiya sədrliyinə onu deyil, deputat qızı Günay Ağamalını gətirmək istəməsi olub.
Elçin Ağamalının tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçildiyi bildirilir.
Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, oğlu Elçin Ağamalı qurultayın işini pozmağa cəhd edib. Yaranmış vəziyyətlə əlaqədar nümayəndələr Fəzail Ağamalının növbəti qurultayadək partiya sədri vəzifəsində qalmasını dəstəkləyiblər.






